İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni Kaledoniyada polislə nümayişçilər arasında toqquşmalar olub

Fransanın dənizaşırı ərazisi olan Yeni Kaledoniyada polislə etiraz edən nümayişçilər arasında toqquşmalar olub.

“Report” xəbər verir ki, bu barədə “France Info” məlumat yayıb.

Bildirilib ki, toqquşmalar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara qarşı zorakılıq tətbiq edib. Polis nümayişçiləri gözyaşardıcı qazla dağıtmağa çalışıb.

Qeyd olunub ki, paytaxt Numeada, aerodromun yaxınlığında bir neçə avtomobil yandırılıb. Bundan başqa, şəhərin digər istiqamətində polis nümayişçiləri sıxışdırıb çıxara bilsə də, onların atdığı mərmilərə tuş gəlib, yaralananların olduğu bildirilib.

Həmçinin baş limanın yaxınlığında kondisioner istehsalı müəssisəsinin yandırıldığı nəql edilib.

Cənub əyaləti assambleyasının prezidenti və loyalistlərin lideri Sonya Bakes “kaledoniyalıları evdə qalmağa” çağırıb. O eyni zamanda çaxnaşmanın “arxasındakıların cavab verəcəyini” bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR