Onlayn ictimai-siyasi qəzet
Adanada Yeni il günü saat 06:00 radələrində elektrik sobasının aşması nəticəsində baş verən yanğın faciəyə səbəb olub.
Musavat.com xəbər verir ki, tüstüdən zəhərlənən Nazan Lamba, həyat yoldaşı Enis Lamba və onun əkiz uşaqlarından biri Kaan həyatını itirib. Əkizlərdən digəri Demirin həyati təhlükəsi isə hələ də davam edir.
Lamba ailəsinin 9 yaşlı Bulut və 7 yaşlı İrmak adlı daha iki övladının olduğu və onların Yeni ili qeyd etmək üçün eyni məhəllədəki nənələrinin yanına getdiyi məlum olub.
“Uşaqlar yatmasaydılar və evə getsəydilər, bəlkə də, indi onlar da həyatda olmazdılar” - ailə yaxınlarından biri deyib.
Musavat.com
01 Oktyabr 2024
30 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ