İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin ÇEVRİLİŞ qorxusuna düşdü – Kreml rejimi zəifləyir

Britaniyanın The Telegraph qəzeti yazır ki, Kreml daxilində artan gərginlik və zəiflik hissi Putində çevriliş qorxusunu daha da gücləndirib. Mənbələrə görə, ölkə rəhbərliyində daxili qiyam ehtimalı artıq Putin üçün obsessiyaya çevrilib.

Musavat.com xəbər verir ki, Qəzetin məlumatına görə, FSB artıq Rusiya Antimüharibə Komitəsinin üzvlərini hakimiyyəti zorla ələ keçirməyə cəhddə ittiham edib. Ekspertlər bunu “Kreml paranoyasının yeni dalğası” kimi qiymətləndirirlər.

ABŞ-ın Ukraynadakı sabiq səfiri Con Herbşt bildirib ki, “Putin rejimini möhkəmləndirmək üçün düşmən axtarır.” Analitiklər qeyd edirlər ki, hakimiyyət hazırda müxalifəti gözdən salmağa, ölkə daxilindəki problemlərin günahını isə Qərbin üzərinə atmağa çalışır — bu isə əhalinin diqqətini artan sosial və iqtisadi böhrandan yayındırmaq məqsədi daşıyır.

Məqalədə vurğulanır ki, Rusiya iqtisadiyyatı getdikcə daha çox Çindən asılı vəziyyətə düşür. “Əgər Si Cinpin istəsə, həm müharibəni dayandıra, həm də Rusiyanın iqtisadiyyatını çökdürə bilər,” — deyə qəzet qeyd edir.

Nəşr xatırladır ki, 2023-cü ildə “Vaqner” qiyamı Putin rejiminin sabitliyinə ilk ciddi zərbə olmuş, hakimiyyət vertikalının nə qədər kövrək olduğunu açıq şəkildə göstərmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR