İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni “Highland Residence”də mənzil satışı başladı

Həyətində geniş parkı olan, mənzərəsi isə dənizə açılan mənzil sahibi olmaq istəyənlərə “Kristal Abşeron”dan şad xəbər var.

Bakı buxtasına qapanmaz mənzərəsi olan və “Gənclik Parkı”nın düz yanında yerləşən “Higland Residence”də mənzillərin satışı başladı. Burada siz hər səhər Xəzər dənizinin möhtəşəm mənzərəsindən zövq ala biləcəksiniz. Bu dəniz mənzərəli mənzilləri çox sərfəli şərtlərlə 20 ilədək ipoteka krediti ilə əldə etmək mümkündür.

2 (7).png (1.54 MB)

Kompleksin ən böyük üstünlüklərindən biri də 43 hektarlıq, 300 minədək ağac əkilmiş “Gənclik Parkı”na birbaşa çıxışının olmasıdır. Parkda həm uşaqlar, həm də böyüklər üçün idman və əyləncə sahələri, attraksionlar, piknik məntəqələri, qaçış zolağı, velosiped yolları var.

8 Noyabr prospektindən 500 metr aralıda olan “Highland Residence”nin yaxınlığında orta məktəb də mövcuddur. Həmçinin kompleksin daxilində uşaq bağçası da yerləşəcək.

 Maşını park etməyə vaxt itirməməyiniz üçün də hər mənzilə 1 qapalı avtodayanacaq təklif edilir.

Tam təmirli təhvil veriləcək mənzillər müasir standartlara cavab verən yeni üslubda təmir olunacaq. Həmçinin təmirdə istifadə olunan tikinti materiallarının hər biri beynəlxalq standartlara uyğun, Avropa ölkələrindən gətirilmiş brend məhsullardır.

Mənzillər zaminsiz, arayışsız, şəxsiyyət vəsiqəsi ilə satılır. 

Ətraflı məlumat üçün *1544 qısa nömrəsi və ya 050 448 00 00 telefon nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur.

“Kristal Abşeron” – Xəyallarınızı inşa edirik!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR