İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp İsrail-İran münaqişəsinə dair iki sənədini imzalamaqdan imtina etdi - GƏRGİNLİK ARTIR

Yeddilik qrupunun liderləri (G7, Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya) İran-İsrail münaqişəsi ilə bağlı birgə bəyanat layihəsi hazırlayıb.

Musavat.com Reuters-ə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp sənədi imzalamayıb.

Agentliyin məlumatına görə, bu bəyanat layihəsində G7 liderləri tərəfləri gərginliyi azaltmağa çağırmalı idi. Orada həmçinin qeyd edilirdi ki, İsrailin özünümüdafiə hüququ var.

Bundan əlavə, mühüm faydalı qazıntıların tədarükünün qorunması və milli iqtisadiyyatların dəstəklənməsi ilə bağlı birgə bəyanatın layihəsi hazırlanmışdı. Lakin Reuters-in məlumatına görə, Tramp bu sənədi də imzalamaqdan imtina edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyun 2025

16 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR