İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehran Körfəzdən xilas gözləyir: İran Tramp üzərindən İsrailə atəşkəs təzyiqi istəyir

İran rəhbərliyi Yaxın Şərqdə alovlanan müharibənin genişlənməsinin qarşısını almaq üçün diplomatik hücuma keçib.

Musavat.com xəbər verir ki, Tehran Səudiyyə Ərəbistanı, Qətər və Oman rəhbərlərinə müraciət edərək, ABŞ Prezidenti Donald Tramp üzərində təzyiq qurmağı və İsrailin İrana qarşı hərbi əməliyyatlarını dərhal dayandırmağa məcbur etməyi xahiş edib.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb. Diplomatik mənbələrin iddiasına görə, Tehran bu təzyiq müqabilində nüvə sazişi danışıqlarında daha çevik və konstruktiv mövqe nümayiş etdirəcəyini bildirib.

 “Tehran: Biz danışıqlara hazırıq, əvəzində İsrailin hücumları dayansın”

İran tərəfi bəyan edib ki, nüvə məsələsində güzəştli yanaşma üçün ilk şərt İsrailin hərbi təzyiqlərinin dayandırılmasıdır. Məlumata görə, bu mesajlar son günlər ərzində Körfəz ölkələrinin diplomatik kanalları vasitəsilə Vaşinqtona çatdırılıb.

 Qətər, Səudiyyə Ərəbistanı və Oman regionda vasitəçi rolunu canlandıraraq həm İranla, həm də ABŞ-la təmasları intensivləşdirib. Məqsəd: İsrail-İran müharibəsinin qlobal savaşa çevrilməsinin qarşısını almaq.

 ABŞ administrasiyası hələlik rəsmi cavab verməyib, lakin Ağ Evin “səssiz müşahidəçi” mövqeyində qalması, diplomatik balansı qorumağa çalışdığı kimi qiymətləndirilir.

Eyni zamanda, İran diplomatik siqnal verir ki, əgər İsrailin hücumları davam etsə, regionda nüvə əməkdaşlığından imtina edib, daha sərt xəttə keçəcək.

 Qeyd edək ki, bu proses fonunda artıq Pekin və Moskvanın Tehrana “tərəddüdlü dəstək” nümayiş etdirdiyi barədə də məlumatlar yayılıb. Belə olan halda, Körfəzdən gələn vasitəçilik təşəbbüsləri sonuncu şans ola bilər.

Analitiklər bu addımı həm də İranın izolyasiyadan çıxmaq cəhdi, həm də ABŞ-İsrail tandeminə qarşı siyasi manevr kimi dəyərləndirirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyun 2025

16 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR