İnsanlara hürriyət, millətlərə istiqlal!

I və IV qrupların cavabları nə vaxt elan olunacaq?

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 25 may 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının nəticələrini ötən həftənin çərşənbə günü - 11 iyun tarixində elan edib. I və IV qruplar üzrə isə qəbul imtahanı isə iyunun 1-də keçirilib.

I və IV ixtisas qrupları üzrə nəticələrin də bu həftə ərzində açıqlanması gözlənilir. 

Nəticələrin dəqiq hansı gün elan ediləcəyi hələlik bəlli olmasa da, prosesin 20 iyun - cümə gününə qədər yekunlaşacağı ehtimal edilir.

Məlumat üçün bildirək ki, əvvəlki illərin təcrübəsinə əsasən qəbul imtahanlarının nəticələri təxminən 14 gün ərzində açıqlanıb. Lakin bu il iyunun 16-sı - bazar ertəsi qeyri-iş günü olduğundan nəticələrin bir qədər gecikməsi mümkündür. Bu səbəbdən II və III qrupların nəticələrindən fərqli olaraq, I və IV qrupların nəticələrinin 4-cü gün elan olunması istisna edilmir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyun 2025

16 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR