Onlayn ictimai-siyasi qəzet
“Miss Azerbaijan-2019” model yarışmasının qalibi, model Səmra Hüseynova “Cafe city” adlı kafedən şikayət edib.
Yenisabah.az xəbər verir ki, model İtaliyaya uçan zaman Bakıda hava limanında “Cafe city”də oturub və “Sezar roll” alıb.
O bildirib ki, yeməyin içindən qurd çıxıb:
“Ofisianta deyirəm ki, yeməyin içindən qurd çıxıb. Cavab verir ki, sizdə evdə qurd çıxmır? 33 yaşım var, hələ yeməyin içində qurd görməmişəm. Çəkilişə də icazə vermirlər. Deyirlər çəkməyin, çəkməyin, hara çəkirsiniz? Bu nə qədər doğrudur? Özüm də xəstəlik keçirmiş insanam. Ya mənə infeksiya düşsəydi, bağırsaq çöpü düşsəydi? Ya nə isə zəhərlənmə versəydi?!”
17 Iyun 2025
16 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ