Onlayn ictimai-siyasi qəzet
Azərbaycan futbolunda ilk dəfə olaraq bir klub digər komandanın bütün futbolçu və və məşqçi heyətini öz strukturuna qatıb. Söhbət "Qarabağ" Futbol Klubundan gedir.
Musavat.com-un əldə etdiyi məlumata görə, "Qarabağ" klubu "Səbail"in U-12 aşağı yaş qrupunun komandasını tam heyətlə – bütün oyunçular və məşqçilər daxil olmaqla – öz akademiyasına transfer edib. Bu addım Azərbaycanın futbol tarixində nadir və önəmli hadisə kimi qiymətləndirilir.
Transferə dair rəsmi müqavilənin sabah saat 12:00-da imzalanacağı bildirilir. Qeyd olunur ki, bu addım həm istedadlı futbolçular üçün yeni imkanlar yaradacaq, həm də "Qarabağ"ın aşağı yaş qrupu siyasətində yeni mərhələnin başlanğıcı olacaq. Bu hadisə, gənc futbolçuların peşəkar arenaya keçidində vahid sistemin formalaşdırılmasının mümkünlüyünü də ortaya qoyur.
Afaq Mirayiq,
Musavat.com
17 Iyun 2025
16 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ