Onlayn ictimai-siyasi qəzet
Husilərin “Ənsar Allah” üsyançı hərəkatına qarşı Yəməndə quru əməliyyatının keçiripməsinə hazırlaşılır.
Musavat.com xəbər verir ki, məlumatı CNN diplomatik mənbələrə istinadən yayıb.
Məlumata görə, çox güman ki, ölkənin cənub və şərqində başlayacaq əməliyyata Hodeyda limanına nəzarətin bərqərar olması üçün dənizdən ABŞ və Səudiyyə Ərəbistanı tərəfindən dəstə verilə bilər.
Analitiklər hesab edirlər ki, ABŞ-dan yalnız kiçik sayda xüsusi təyinatlılar quru əməliyyatında iştirak edə bilər, onların əsas vəzifələri hədəfin təyin edilməsi və hava hücumlarının tənzimlənməsi olacaq.
Musavat.com
08 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ