İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Şahin Şıxlinskinin oğlunu həbs etdi - VİDEO

Musavat.com xəbər verir ki, Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan diaspor təşkilatının rəhbəri Şahin Şıxlinskinin oğlu Mütvalı Şıxlinski hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Bu barədə “Federal Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Layihəsi”nin rəhbəri Vitali Borodin məlumat verib.

Borodinin sözlərinə görə, Mütvalı Şıxlinski atasının ötən ay saxlanılması zamanı baş verən hadisələrdə də diqqət mərkəzində olub. Həmin vaxt o, maşınla hüquq-mühafizə əməkdaşını vuraraq hadisə yerindən uzaqlaşmağa cəhd etmişdi. Hazırda istintaq orqanları bu məsələ ilə əlaqədar əlavə araşdırmalar aparır.  

2d320737-ba2d-4f51-b68c-6996dd3d589a.jpeg (264 KB)

Qeyd edək ki, Şahin Şıxlinski Ural bölgəsində fəaliyyət göstərən ən iri Azərbaycan diaspor təşkilatlarından birinə rəhbərlik edir və onun saxlanılması daha əvvəl də geniş rezonans doğurmuşdu.

Musavat.com Şahin Şıxlinskinin saxlanması videosunu təsəvvürün yaranması üçün təqdim edir.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyul 2025

16 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR