Onlayn ictimai-siyasi qəzet
Ermənistan parlamentinin müxalifət fraksiyaları ölkənin Konstitusiya Məhkəməsinə müraciət edib.
Musavat.com xəbər verir ki, məlumatı “Pastinfo” saytı yayıb. Müxalifət deputatları Rusiyanın adamı olan Samvel Karapetyana məxsus “Ermənistanın Elektrik Şəbəkələri” şirkətinin milliləşdirilməsi haqqında qanunun konstitusiyaya zidd elan olunmasını tələb edirlər.
Hər iki müxalifət fraksiyası Konstitusiya Məhkəməsinə hakimiyyətin qəbul etdiyi qanunun konstitusiyaya zidd hesab edilməsi tələbi ilə ərizə verib. Eyni zamanda onlar tələb edirlər ki, ərizənin icraata qəbul edilməsi barədə qərarında Konstitusiya Məhkəməsi yekun hökm çıxaranadək qanunun qüvvəsini dayandırsın.
Məlumata görə, hələlik iyulun 11-də verilən ərizənin qəbulu ilə bağlı qərar açıqlanmayıb. Ən azı, Konstitusiya Məhkəməsinin internet saytında bu barədə heç bir məlumat verilməyib, lakin qanunla müəyyən edilmiş 3 günlük müddət nəzərə alınmaqla, yaxın vaxtlarda qərarın veriləcəyi gözlənilir.
Musavat.com
19 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ