Onlayn ictimai-siyasi qəzet
Türkiyədə zəlzələ təhlükəsi ilə bağlı açıqlamaları ilə tanınan geologiya mütəxəssisi professor Şener Üşümezsoy Marmara bölgəsində baş verə biləcək zəlzələ ilə bağlı yeni məlumatlar verib.
O, gözlənilən böyük zəlzələnin İstanbulun mərkəzini deyil, əsasən Tekirdağ və Silivri bölgələrini əhatə edə biləcəyini bildirib.
Şener Üşümezsoy qeyd edib ki, İstanbulun Avropa və Anadolu hissəsində "sürüşmə" tipli fay xətləri yox, əksinə "gərilmə" və "kəsmə" tipli strukturlar var. Bu isə həmin ərazilərdə daha kiçik miqyaslı zəlzələlərin baş vermə ehtimalını göstərir. Onun sözlərinə görə, Marmara dənizində olan fay xətlərində, xüsusilə Tekirdağ-Silivri istiqamətində 6.4 – 6.6 bal gücündə zəlzələ baş verə bilər.
Professor həmçinin vurğulayıb ki, bəzi mütəxəssislərin iddia etdiyi kimi, İstanbulda 7.5 bal gücündə böyük zəlzələ gözlənilmir. Onun fikrincə, bu cür proqnozlar insanlarda yersiz panika yaradır./Yenisabah.az
16 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ