Onlayn ictimai-siyasi qəzet
Bu həftə Rusiya Yazıçılar Birliyinə (RYB) yeni sədr seçkisi olub. Bu vəzifəyə Rusiya prezidentinin köməkçisi, 2022-ci ilin yazında İstanbulda Ukrayna ilə danışıqlarda nümayəndə heyətinə rəhbərlik etmiş Vladimir Medinskinin gətiriləcəyi hələ yanvar ayında bəlli idi. Fevralın son günündə keçirilən seçkidə də sürpriz olmayıb. RYB-nin yeni rəhbərinin əleyhinə cəmi 1 nəfər, lehinə isə 143 səs verərək, yazıçı kimi tanınmaya Medinskini Rusiya yazarlarına rəhbər gətiriblər.
Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, bu addıma səbəb RYB-də uzun illərdir davam edən böhrandır.
Rusiya prezidentinə yaxın şəxsin RYB-yə rəhbərliyi dəyişiklik tələb edən yaradıcı birlik üçün yeni dirçəliş şansına çevrilə bilər. O da qeyd olunur ki, RYB illərdir ki, marginal və eyni zamanda yoxsul təşkilata çevrilib. Təsadüfi deyil ki, Medinski qurultayda çıxışında təşkilatın fəaliyyətsizliyindən və yazıçıların yoxsulluq içində yaşamalarından gileylənib. Medinskini deyib ki, sovet dövründə RYB-yə məxsus olan bütün yaradıcılıq evlərinin qaytarılmasına çalışacaq. Eləcə də RYB-nin maliyyə məsələləri üzrə direktorluğun fəaliyyətə başlamasına qərar verilib.
RYB-nin ən səs-küylü hadisəsi yeni İdarə Heyətinin seçilməsi olub. İdarə Heyətinin tərkibinə Sergey Minayev, Sergey Lukyanenko, Aleksandr Proxanov, Zaxar Prilepin, Yevgeni Reyn, həmçinin Marqarita Simonyan, Nikita Mixalkov və Karen Şahnazarov kimi Kremlə yaxın ziyalılar daxil edilib. Keçən həftə Gələcək Texnologiyalar Forumunun zalında Vladimir Putinin kimya və nadir torpaq metalları haqqında nitqini dinləyən və bu həftə “yazıçıya çevrilən” Kseniya Sobçakın əri Konstantin Boqomolovun RYB-nin rəhbər orqanına daxil edilməsi də haqlı suallar doğurub.
Maraqlıdır ki, ötən ilin ən çox nəşr olunan müəllifləri- Svetlana Tyulbaşeva və Vladimir Daşkeviç, eləcə də 2023-cü ilin ən yaxşı yazıçılarından biri - “Oğlanın sözü” nün (“Слова пацана”) müəllifi Robert Qarayevə RYB rəhbərliyində yer “tapılmayıb”. Kitabları ən çox satılan müəlliflərdən olan Viktor Pelevin, “Seks haqqında bilmək istədiyiniz, lakin soruşmağa qorxduğunuz hər şey” psixoloq Mixail Labkovski də yaddan çıxıb.
Aydındır ki, RYB-nin əsas vəzifəsi indi ideoloji iş, eləcə də ədəbi dövlət sifarişləri üçün qrantların bölüşdürülməsi olacaq. Ekspertlərə görə, belə bir şura təşkilata ağırlıq verə biləcək məşhur yazıçıların çatışmazlığından xəbər verir. Vladimir Medinski hətta bloggerləri təşkilata qoşulmağa dəvət edib.
Eyni böhranlı problemlər yaşayan Azərbaycan Yazıçılar İttifaqı da 1934-cü il iyununda yaradılıb.Azərbaycan Yazıçılar Birliyi adlan təşkilat ölkə yazıçı və şairlərinin, tərcüməçilərinin ən böyük ictimai təşkilatı hesab olnur. Hazırda 1510-dan artıq üzvü var. Sədri yazıçı Anardır.
Musavat.com
03 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ