Onlayn ictimai-siyasi qəzet
Astarada dünən toyu olan 17 yaşlı qız ölüb.
Musavat.com APA-ya istinadən xəbər verir ki, Astara rayon sakini 2008-ci il təvəllüdlü Ə.İ.-nin dünən Deqədi kəndində şadlıq saraylarının birində toyu olub.
Toydan sonra o özünü pis hiss edib və təcili olaraq Astara Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Ə.İ.-nin hamilə olduğu bildirilir.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

.jpg)
.jpg)
29 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ