Onlayn ictimai-siyasi qəzet
Rostov Qarnizon Hərbi Məhkəməsi Rusiya Milli Qvardiyasının Lojistik Təminat rəisinin müavini, general-mayor Mirzə Mirzəyevi xüsusilə külli miqdarda rüşvət almaqda günahlandıraraq, 9 il müddətinə azadlıqdan məhrum edib. O, cəzasını sərt rejimli koloniyada çəkəcək.
Musavat.com xəbər verir ki, məhkəmə qərarına görə, Mirzəyev həmçinin hədə-qorxu ilə tələb etməkdə və rüşvət almaqda təqsirli bilinib.
İstintaqın məlumatına görə, o, 480 milyonluq müqaviləni ləğv etməklə prefabrik bina modulları təchizatçısından 140 milyon rubl rüşvət tələb edib. Ödəniş vasitəçi vasitəsilə həyata keçirilib.
Həbs cəzasına əlavə olaraq, general-mayor Mirzəyevə 5 il müddətinə yüksək dövlət qulluğu vəzifələrini tutmaq qadağan edilib. Məhkəmə onun aldığı rüşvətin tam məbləğini geri qaytarmasına da qərar verib.
Musavat.com
28 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ