Onlayn ictimai-siyasi qəzet
"Qarabağ"ın hücumçu arayışları davam edir.
Gündəmdə yenə Juninyo Olavio var.
Braziliyalı hücumçu "Flamenqo"da xoşbəxt deyil. O, daha çox oynaya biləcəyi bir yerə transfer olmaq istəyir.
Juninyonun qış "transfer pəncərəsində" komandanı tərk edəcəyi gözlənilir. Mümkün variantlardan biri də "Qarabağ"a qayıtmaqdır.
Bu barədə Braziliya mətbuatı məlumat yayıb.
Juninyo bu ilin yanvarında 5 milyon avroya Ağdam təmsilçisindən "Flamenqo"ya transfer olub. 28 yaşlı "qırmızı qaralar"ın heyətində 28 oyunda 3 qol vura bilib. (Offsideplus.az)
29 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ