İnsanlara hürriyət, millətlərə istiqlal!

Həbsdəki həyat yoldaşına gödəkçənin cibində narkotik göndərdi - FOTOLAR

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 13 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.

Musavat.com xəbər verir ki, məhkuma həyat yoldaşı tərəfindən göndərilmiş bağlamaya baxış keçirilən zaman gödəkçənin cibində gizlədilmiş bükülülərdə 1,860 qram heroin və 0,498 qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Penitensiar xidmət cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğunu bir daha vətəndaşların diqqətinə çatdırır.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Oktyabr 2025

30 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR