İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin Ukraynanın dron istehsalını BLOKLAYIR

Çin Ukraynanın dron istehsalına mane olur.

Musavat.com xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Məlumatda bildirilir ki, Pekin Çin elektron komponentlərinin Ukraynaya çatmasını əngəlləmək üçün Baltikyanı ölkələr və Polşaya tədarükü bloklayır.

"Iron" müdafiə şirkətinin həmtəsisçisi Yuri Lomikovski bildirir ki, tətbiq olunan məhdudiyyətlər Ukrayna tərəfindən Rusiya qoşunlarına qarşı fəal şəkildə istifadə edilən dronların istehsalını əngəlləmək məqsədini daşıyır.

Qeyd olunur ki, Ukrayna ordusu dronlardan yalnız Rusiyanın strateji komandanlıq və logistika obyektlərinə deyil, həm də vacib enerji infrastrukturlarına zərbələr endirmək üçün istifadə edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR