İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaz sessiyasının son iclası başlayıb: hökumət üzvləri Milli Məclisdə

Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası öz işinə başlayıb. Spiker Sahibə Qafarova gündəliyi elan etdikdən sonra ilk məsələnin müzakirəsinə keçildi. Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsini komitə sədri Tahir Mirkişili təqdim etdi.

Layihə səsə qoyularaq qəbul olundu.

Hazırda maliyyə naziri Samir Şərifov və digər hökumət üzvlərinin də iştirakı ilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR