İnsanlara hürriyət, millətlərə istiqlal!

Yay iğtişaşları Fransaya 1 milyard avrodan çox zərər vurub

Fransa Sığorta Federasiyası “France Assureurs”dan verilən açıqlamaya görə, yerli sığorta şirkətləri ölkədə iyunun sonu - iyulun əvvəlində baş vermiş iğtişaşlardan sonra 730 milyon avro məbləğində təzminat üçün müraciət ediblər.

Müsavat.com xəbər verir ki, iyunun sonunda baş verən iğtişaşlarla bağlı qaldırılan iddiaların ümumi dəyəri yenidən qiymətləndirilib və 730 milyon avro təşkil edib.

Federasiyanın açıqlamasında qeyd olunur ki, iğtişaşlardsn sonra sığorta hadisəsi ilə bağlı ümumilikdə 15 600 müraciət daxil olub. Sığorta hadisələrinin 65 faizi sahibkarların, 27 faizi isə yerli hakimiyyət orqanlarının əmlakı ilə bağlıdır. Hadisələrin daha 6 faizi nəqliyyat vasitələrindən, qalan 2 faizi isə şəxsi əmlaka dəyən digər zərərlərdəndir.

İyulun 11-də federasiya iğtişaşlar nəticəsində sığortaçılara dəymiş ziyanın 650 milyon avroya başa gələcəyini açıqlayıb. Daha əvvəl Fransa Sahibkarlar Hərəkatı (MEDEF) itkiləri 1 milyard avrodan çox qiymətləndirib. İqtisadiyyat nazirinin sözlərinə görə, 27 iyundan bəri iğtişaşçılar ölkə daxilində 1000-dən çox mağaza və 200 ticarət mərkəzini yandırıb və talan edib.

Müxtəlif qanun pozuntularına görə 4000-ə yaxın iğtişaşçı saxlanılıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR