Onlayn ictimai-siyasi qəzet
Ermənistanın hakim “Vətəndaş sazişi” fraksiyasının deputatları Vladimir Vardanyan və Eriknaz Tiqranyan ədliyyə naziri vəzifəsinə keçməkdən imtina ediblər.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Joxovurd” qəzeti yazıb.
Qəzetin yazdığına görə, hakim partiyada ədliyyə naziri vəzifəsinə müxtəlif namizədlər müzakirə olunur, kulislərdə Arpi Davoyan, Vladimir Vardanyan, Arusyak Culhakyan və Eriknaz Tiqranyanın adları hallandırılıb.
Eriknaz Tiqranyan və Vladimir Vardanyan əvvəlcədən icra hakimiyyətinə keçmək və ədliyyə naziri işləmək istəmədiklərini bildiriblər, ona görə də partiya yoldaşlarından namizədliklərinə baxmamağı xahiş ediblər. Bu səbəbdən ortada Arpi Davoyan və Arusyak Culhakyan qalıb.
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ