İnsanlara hürriyət, millətlərə istiqlal!

Boris Conson: “Tramp qalib gəlsə, Ukraynanın süqutuna imkan verməyəcək”

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp noyabrda keçiriləcək seçkilərdə qalib gəlsə, Ukraynanın çökməsinə imkan verməyəcək.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu fikri Böyük Britaniyanın keçmiş baş naziri (2019-2022) Boris Conson “The Daily Telegraph” qəzetinə müsahibəsində bildirib.

“Ukraynanın mübarizəsinin Avropada azadlıq və demokratiya uğrunda olduğunu başa düşməyimiz çox vacibdir. Ukrayna süqut etsə, bu, tam bir fəlakət olacaq. Tramp bunu başa düşür. Düşünmürəm ki, o, ikinci müddətə seçilsə, tarixə Amerikanı yenidən möhtəşəm etməklə deyil, Sovet İttifaqını yenidən dirçəltməyə başlayan adam kimi düşmək istəyir”, - Conson bildirib.

Böyük Britaniyanın keçmiş baş naziri belə bir fikir bildirib ki, Tramp Vaşinqton administrasiyasına rəhbərlik etsəydi, Rusiya Federasiyası Ukraynada xüsusi hərbi əməliyyat keçirməzdi.

“Trampın üstünlüklərindən biri onun tam gözlənilməzliyidir. Ona görə də onun beynəlxalq arenada etdiklərinə baxıram və insanların onun haqqında dedikləri ilə müqayisə edirəm. O, 60 rus casusunu qovdu. O, Suriyaya qarşı Demokratik administrasiyadan qat-qat sərt olub. O, İslam İnqilabı Keşikçiləri Korpusuna münasibətdə daha sərt olub. O, ukraynalılara “Javelin” raketlərini verdi”, - Conson vurğulayıb.

Tramp bundan əvvəl dəfələrlə bəyan edib ki, o, Ukraynadakı münaqişəni 24 saat ərzində həll etməyə hazırdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR