İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaşlı azərbaycanlı Ukraynada kimsəsiz qaldı: Vətənə qayıtmaq istəyən Məmməd yaxınlarına səsləndi - VİDEO

Ukraynanın Zaporojye vilayətinin işğaldan azad olunan ərazisindən qaçqın düşən azərbaycanlı ölkəmizdəki yaxınlarından kömək istəyir.

Hazırda Lvov şəhərində kimsəsiz qalan həmyerlimiz pansionata yerləşdirilib.

1951-ci il təvəllüdlü əslən Gəncədən olan Məmmədov Məmməd Bəytulla oğlu 36 ildir Ukraynanın Zaporojye vilayətində yaşayır və ixtisasca həkimdir.

O, müharibə başlayandan sonra yaşadığı yeri tərk edərək Ukraynanın qərbinə qədər gələ bilib.

Məmməd hazırda Lvovda kimsəsizdir və Azərbaycana gəlmək istəyir.

Həmyerlimizin Baku TV vasitəsilə yaxınlarına səsləndiyi süjeti təqdim edirik:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR