İnsanlara hürriyət, millətlərə istiqlal!

"YAŞAT" fondu 61 milyondan çox vəsait xərcləyib

7 saylı Bakı “ASAN xidmət” mərkəzində “YAŞAT” fondunun fəaliyyətinə dair kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı təşkil olunub.

Musavat.com xəbər verir ki,“YAŞAT” fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov bildirib ki, fonda 73 781 435.79 AZN daxil olub, 61.114 757.86 vəsait xərclənib, qalıq məbləğ 12 666 677.93 AZN təşkil edir. Ölkə ərazisində 2 927 şəhidin ailə üzvləri, habelə 5 599 yaralı olmaqla ümumilikdə 16 966 şəxslə görüşülüb, ehtiyacları qeydə alınıb (yashat.gov.az saytında) və 12 526 şəxsin 26 616 müraciəti icra üçün öhdəliyə götürülüb. Reallaşmış ödəniş sayı 21 848-dır. 36 892 200.00 AZN məişət şəraitinin yaxşılaşdırılması istiqamətində xərclənib.

Təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı üçün 546 346.40 AZN,istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması üçün 6 336 540.51 AZN, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi üçün 17 339 670.95 AZN xərclənib.

Məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə şəhid ailə üzvlərinin 4 417, itkin ailə üzvlərinin 7 və yaralıların 5 791 müraciəti olmaqla, ümumilikdə 10 215 müraciət təmin edilib.

Nigar Həsənli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR