İnsanlara hürriyət, millətlərə istiqlal!

Yarımmüdafiəçi Mxitaryanın Bakıya “hücumu”

“İnter”in yarımmüdafiəçisinin sosial şəbəkədə milyondan çox izləyicisi var və bunu fürsət bilib hər dəfə Azərbaycana qarşı rupor kimi istifadə edir

"İnter"in yarımmüdafiəçisi, Ermənistan milli komandasının sabiq kapitanı Henrix Mxitaryan ölkəsində 2024-cü ilin ən yaxşı futbolçusu seçilməsi barədə xəbər vermişdik.

Musavat.com yada salır ki, o, Ermənistan Futbol Federasiyasının səsverməsində 87 xal toplayıb.

Mxitaryan karyerasında 12-ci dəfədir Ermənistanın ən yaxşısı mükafatını alıb.

“Ümid edirəm ki, bu il biz qonşu ölkənin həbsxanalarında qanunsuz saxlanılan erməni məhbusların azad edilərək vətənə qayıtmasını görəcəyik” Mxitaryan ermənilərə Yeni il təbrikində "Facebook" səhifəsində belə yazıb. Henrix Mxitaryan Azərbaycanda həbsdə olan erməni terrorçu “liderlər” haqda ilk dəfə deyil ki, bu cür paylaşım edir. Onun sosial şəbəkədə milyondan çox izləyicisi var və o da bunu fürsət bilib hər dəfə Azərbaycana qarşı rupor kimi istifadə edir. Mxitaryan 2023-cü ilin sentyabrda həbs edilən Ruben Vardanyanı xüsusi müdafiə edir. Yada salaq ki, sentyabrın 27-də Azərbaycan Sərhəd Xidməti Vardanyanı Ermənistana getməyə cəhd edərkən saxlanıb. Vardanyan 2022-ci il sentyabrın 1-də Dağlıq Qarabağa köçüb. O, 2022-ci il noyabrın 4-də qondarma qurumda “dövlət naziri” təyin edilib, 23 fevral 2023-cü ildə “vəzifəsindən azad edilib”. Mxitaryan ilk gündən Ruben Vardanyanın və Azərbaycan tərəfindən saxlanılan digər erməni terrorçularının müdafiəsi üçün hərəkata da qoşulub.

"Ruben Vardanyan təkcə bizim regionda deyil, bütün dünyada sülhün güclü tərəfdarı kimi seçilir. O, dünya şöhrətli xeyriyyəçi, iş adamıdır və sülhü müdafiə edən və insanlara güc verən humanitar təşəbbüs olan Avrora mükafatının həmtəsisçisidir” deyə, Mxitaryan paylaşımlarının birində Vardanyanı “vəsf edib”. Onun Xankəndidəki erməni “liderləri” ilə də yaxşı münasibəti olub. 2011-2012-ci illərdə Xankəndində olub, azərbaycanlıların qanını tökmüş müharibə “qəhrəmanlarının” ailələrinə bahalı hədiyyələr paylayıb. Onu indi həbsdə olan qondarma “prezident” Bako Saakyan Xankəndidə təmtəraqla qarşılayıb.

Yeni il təbrikindən yaxınlarda məhkəmələri başlayacaq erməni terrorçuları yada salması onun “quyruq acısı”nın hələ də keçmədiyini göstərir. “Quyruq acısı” deyəndə vaxtilə cəmi bir neçə min dollara Şuşada tidirdiyi villasını nəzərdə tutmuruq. Unutmaq lazım deyil ki, Mxitaryan sıradan erməni deyil, tutduğu mövqedən istifadə edərək həmişə Azərbaycana düşmən mövqe sərgiləyən millətçidir.

Laçın koridorunda ekofəalların aksiyasında da dünyaya yalan məlumat yayanlardan biri də Mxitaryan idi. “Respublikanın 120 min sakini blokadadadır, onlardan 30 mini uşaqdır. Azərbaycan da Dağlıq Qarabağa qaz nəqlini dayandırıb. Qışda gecələr, havanın temperaturu 0-dan aşağı olanda insanlar donaraq ölürlər” deyə, Mxitaryan ona futbolçu kimi rəğbət bəsləyən izləyəcilərini qəsdən yanlış yönlənirirdi. Yeri gəlmişkən, Mxitaryan Qarabağ hadisələri başlayan il anadan olub, həm də İrəvanda...Sonra isə 9 yaşında ailəsi ilə Fransaya köçüb. Şübhə yoxdur ki, onun millətçi baxışları da bu antitürkçü ortamda formalaşıb.

“Mən həmişə xalqımın yanında qalacağam”. 44 günlük müharibə sürəcində də Mxitaryan Gəncədə, Bərdə, Tərtərdə dinc sakinlərə qarşı terroru ermənilərin guya qurban olduğunu göstərməkdə davam etdi. Hətta statuslarının birində iddia edirdi ki, guya Azərbaycanın apardığı dini savaşdır və “erməni xalqı xristian dəyərlərini müdafiə edir”.

Mxitaryan hələ də gerçəkləri tərs anlayır, əsas şəkildəki kimi...

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Yanvar 2025

06 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR