İnsanlara hürriyət, millətlərə istiqlal!

Yarım saatı 120 manata Şaxta Baba - heyrətamiz gerçəklər - Videoreportaj

Ölkəmizdə bayram əhval-ruhiyyəsi hiss olunur. Yeni ili də Şaxta baba və qar qız olmadan təsəvvür etmək mümkün deyil.

İstər ev, istərsə də ofis və şirkətlərdə bayram sevincini daha da artırmaq üçün insanlar Şaxta baba və qar qızı qonaq çağırırlar. Amma, bir amma var ki, ildən-ilə şam ağacları, bayram aksesuarları kimi Şaxta babayla qar qızın da qiyməti qalxır. Belə ki, əvvəlki illərdə bu cütlüyü 1 saat qonaq çağırmaq üçün 60-70 manat ödənilirdisə, bu il bu məbləğ sadəcə yarım saat üçün keçərlidir.

Birbaşa bu sahə ilə məşğul olan xeyli sayda təşkilatçı şirkət var ki, onlardan 2022-ci ilə aid qiymət və xidmətər barədə məlumat almağa çalışdıq. Dedilər ki, xüsusi şirkətlər üçün nəzərdə tutulmuş və şar şousu, köpük şousu, robotlar, sehirbazlar və digər persaonajlar daxil yeni il şousunun qiyməti 1000 manatdır, amma endirimlə 700 manatda razılaşmaq mümkündür.

Standart şaxta baba qiymətləri isə belədir.

Srandart 200 azn, yarım saat 40 dəq 120 azn

Digər müəssisədən isə bildirdilər ki, qiymətlər yeni ilə yaxınlaşdıqca artıma doğru gedir.

Sinxron: 29-na qədər 70-80, 29-dan sonra 100

Kadr arxası: Ötən il Şaxta babalar üçün ödəniləcək rüsumun 60 manat olduğunu nəzərə alsaq, bu il rüsumda artımlar müşahidə edilib.

Rüsum qalxdıqca müraciətlərdə azalmalın olması da gözləniləndir. Yəni, şərtlər ağırlaşdıqca, rüsümun qiyməti qalxdıqca keyfiyyət də azalır. Bu da öz növbəsində standartlara uyğun olub-olmadığı təsdiqlənməyən, lisenziyasız şaxta babaların sayının kütləvi artımına səbəb olur. Axı evlərimizə qonaq olacaq bu müsafirlərin şaxta baba və ya qar qız standartlarına cavab verib-vermədiyini necə bilək? Əlaqə sxladığımız müssisələrin biri şaxta baba və qar qızın lisenziyalarının olmadığını dedi, hətta əlavə etdi ki...

Bəli, müəssisənin əməkdaşı tərəfindən maarifləndik. Amma bu barədə hansısa təhlükəli vəziyyətlə rastlaşsaq, yeganə ümid qalır, hüquq mühafizə orqanlarına. Qiymət və keyfiyyət barədə vəziyyət ürəkaçan deyil, amma ümid edək ki, bu il balaca balaların şaxta baba və qar qız sevinci ürəklərində qalmayacaq.

 

Dürrə Həsənova
Rafət Şahbazov
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR