İnsanlara hürriyət, millətlərə istiqlal!

Məmmədyarov Qlobal Liqada ən məhsuldarlar sırasında

Şəhriyar Məmmədyarov Londonda keçirilən Qlobal Şahmat Liqasında ən uğurlu oyunçular sırasına daxil olub.

İdman.biz xəbər verir ki, azərbaycanlı qrossmeyster "Alyaska Knights"ın heyətində keçirdiyi 8 oyunda 5,5 xal toplayıb.

O, eyni göstəriciyə malik komanda yoldaşı Nodirbek Abdusattorov (Özbəkistan) ilə birgə komandanın ən məhsuldar oyunçusudur. Həmçinin “Triveni Continental Kings”ın şərəfini qoruyan Aleksandra Kosteniukun (İsveçrə) da 5,5 xalı var.

Komandanın lideri Əlireza Firuzja (Fransa) 6,5 xal ilə liqada ən məhsuldar oyunçudur. “Cəngavərlər”də də çıxış edən Teymur Rəcəbovun aktivində isə 3 xal var.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR