Onlayn ictimai-siyasi qəzet
Misir Prezidenti Əbdülfəttah əs-Sisi ölkəsinin ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə Qəzza zolağından təxliyə ediləcək təxminən 500 min fələstinlini müvəqqəti qəbul etməyə hazır olduğunu bildirib.
Musavat.com barədə Livanda nəşr olunan “Əl Əxbar” qəzeti məlumat yayıb.
Məlumata görə, fələstinlilər Misirin Sinay yarımadasının şimalında onlar üçün inşa ediləcək xüsusi şəhərə yerləşdiriləcək. Plana əsasən, onların Misir ərazisinə keçidi “Rəfah” sərhəd-keçid məntəqəsi vasitəsilə təmin olunacaq.
Qeyd edək ki, bu iddialar hələlik rəsmi mənbələr tərəfindən təsdiqlənməyib.
21 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ