İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaponiyanın müdafiə naziri qayalığa çökən esminesə görə üzr istəyib

Yaponiyanın müdafiə naziri Yasukazu Hamada çərşənbə axşamı ölkə sahillərində qayalıqlara oturan və ciddi zədə alan "İnazuma" esminesi (təyyarədaşıyan gəmi) ilə insidentlə bağlı rəsmi üzr istəyib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, hərbi idarənin rəisi Tokioda mətbuat konfransında deyib: "Biz xalqımızı narahat etdik, bu qəbuledilməzdir. Müdafiə Nazirliyi səmimi şəkildə üzr istəyir".

Nazir təsdiq edib ki, onun agentliyi və Yaponiya hərbi dəniz qüvvələri bu insidentin araşdırılması ilə tam əməkdaşlıq edir. Milli Dəniz Təhlükəsizliyi Administrasiyası esminesin komandanlığını səhlənkarlıqda və naviqasiya qaydalarını pozmaqda şübhəli bilir.

Müəyyən edilib ki, yanvarın 10-da təlim-məşq səfəri zamanı gəmidəki saat işıq saçan xəbərdarlıq şamandıralarına məhəl qoymayıb və esmines sahilin 200 metrliyində sualtı qayalıqlara çöküb. Sualtı qaya ilə toqquşma zamanı gəminin pərləri sıradan çıxıb, gövdəsi çatlayıb, yanacaq sızıb. Hadisə Yaponiyanın  Honsyu adasının cənub-qərbindəki Yamaquçi prefekturasının sahillərində baş verib.

Toqquşma nəticəsində gəmi müstəqil hərəkət etmək qabiliyyətini itirib və o, yalnız yanvarın 15-də qayalardan çıxarılıb. Gəmi təmir üçün Xirosima prefekturasındakı gəmiqayırma zavoduna aparılıb.

Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR