İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaponiyanın baş naziri Fukusimadan gətirilən ərzaq yeyib

Yaponiyanın baş naziri Fumio Kişida naharda dəniz məhsulları, həmçinin Fukusima-1 atom elektrik stansiyasında çirklənmiş suyun dənizə atıldığı Fukusima bölgəsində istehsal olunan donuz əti, düyü və bostan məhsulları yeyib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə yapon jurnalistlər məlumat yayıblar.

Hökumət başçısı nahar zamanı nazirlərlə AES-dən suyun okeana axıdılmasını müzakirə edib. Bununla da o, stansiyanın yerləşdiyi Fukusima prefekturasında tutulan kambala, levrek və oktapoddan hazırlanmış saşimi yeyib.

İqtisadiyyat, ticarət və sənaye naziri Yasutoşi Nişimura jurnalistlərə açıqlamasında deyib: "Çox dadlı idi, xüsusən də oktapod çox yumşaqdır".

Avqustun 24-də “Fukusima-1” AES-ın rəhbərliyi zədələnmiş reaktorların soyudulması üçün istifadə edilən radioaktiv suyu dənizə axıtmağa başlayıb. Ümumilikdə təxminən 8 min kubmetr su axıdılmalıdır.

Bu suyun tritium istisna olmaqla, radionuklidlərdən təmizləndiyi iddia edilir. Rəsmilər radiasiya fonunu aşdığı təqdirdə, atqının dayandırılacağına söz veriblər.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR