İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaponiyada yaşlı fermerlər üçün ROBOT HAZIRLANDI

Yaponiya dünyanın ən yaşlı əhalisinə malikdir. Ölkə əhalisinin üçdə biri 65 yaşdan, hər on nəfərdən biri isə 80 yaşdan yuxarıdır. Bu vəziyyət aşağı doğum səviyyəsi və yüksək ömür uzunluğu ilə əlaqəlidir. Nəticədə, 15-64 yaş arasında olan əmək qabiliyyətli əhalinin sayı azalır. Proqnozlara görə, bu rəqəm 2020-dən 2070-ə qədər 30 milyon nəfər azalacaq.

Musavat.com CNN-ə istinadən xəbər verir ki, bu problem xüsusilə kənd təsərrüfatında daha kəskindir.

Yaponiyanın Kənd Təsərrüfatı, Meşə və Balıqçılıq Nazirliyinin məlumatına əsasən, 2000-2023-cü illər arasında əsasən kənd təsərrüfatında çalışanların sayı iki dəfə azalıb. Bundan əlavə, 60 yaşınadək olanlar ümumi işçi qüvvəsinin yalnız 20%-ni təşkil edir.

Bu problemi həll etmək üçün Yaponiya daha yumşaq immiqrasiya və doğum siyasətləri ilə yanaşı, robot texnologiyasına üstünlük verir. 2021-ci ildə tələbə olarkən Tamir Blum "Kisui Tech" adlı şirkətini təsis edib. Şirkət kosmos texnologiyalarından istifadə edərək süni intellektli kənd təsərrüfatı robotu hazırlayır.

Tokio yaxınlığında yerləşən Çiba Universitetinin Kənd Təsərrüfatı Departamenti ilə əməkdaşlıq çərçivəsində "Kisui Tech" şirkəti iki modeldən ibarət olan "Adam" adlı robot köməkçisinin iki modelini, tam ölçülü versiyasını və mini versiyasını hazırlayır. Robotlar Yaponiyanın müxtəlif fermalarında real şəraitdə sınaqdan keçirilir.

Böyük ölçülü "Adam" 70 sm hündürlükdə və 188 sm uzunluqdadır. Robot əsasən alma və armud yetişdirən fermerlər üçün nəzərdə tutulub və geniş yük bölməsinə malikdir. Daha kiçik ölçülü "Adam" isə daha dar cərgələrdə əkilən üzüm və xurma yetişdirilməsi üçün hazırlanıb.

Bundan əlavə, şirkət fermerlərə əkin sahələri, xəstəliklər və təsərrüfat idarəçiliyi barədə real vaxt rejimində məlumat təqdim edən "Newton" adlı onlayn platforma hazırlayır. "Adam" robotlarının beynəlxalq bazarlarda təxminən 20.000 dollara satacağı gözlənilir.

İqbal,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR