Onlayn ictimai-siyasi qəzet
Yeni Azərbaycan Partiyasında bu gün qapalı toplantı keçirilib.
Musavat.com-a bu barədə etibarlı mənbə məlumat verib.
İddialara görə toplantıda əsasən Yeni Azərbaycan Partiyasının idarə heyəti və hakim partiyadan olan millət vəkilləri iştirak ediblər.
Onların gündəliyində bir sıra siyasi məsələlər olub. İddia edilir ki, toplantı əsnasında növbədənkənar parlament seçkilərinin keçirilməsi məsələsi müzakirə olunub.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ