Onlayn ictimai-siyasi qəzet
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası bitib.
İclasda 2024-cü ilin sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə YAP-ın namizədlər müəyyənləşib.
Məlumata görə, hakim partiya 125 seçki dairəsinin hamısından namizəd irəli sürüb/Report
***
Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyəti iclas keçirəcək. İclasda sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində partiyanın namizədləri müəyyən ediləcək.
Modern.az-ın məlumatına görə, partiyanın İdarə Heyətində təmsil olunan şəxslər artıq YAP-ın binasına gəlməyə başlayıb.
Toplantının yaxın saatlarda başlayacağı gözlənilir.
İclasdan sonra hakim partiyanın bütün seçki dairələri üzrə namizədlərini açıqlayacaq.
Qeyd edək ki, YAP-ın İdarə Heyətində 40 nəfər təmsil olunur.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ