İnsanlara hürriyət, millətlərə istiqlal!

Yanvarın 1-dən bu şəxslərə güzəştlər və imtiyazlar tətbiq olunacaq

Azad edilən ərazilərdə işləyən mütəxəssislərə güzəştlər və imtiyazlar tətbiq olunacaq.

Musavat.com report-a istinadən xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə yeni maddənin əlavə olunması təklif edilir.

Yeni maddəyə əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislər aşağıdakı şərtlər birgə mövcud olduğu hallarda Məcəllədə və digər qanunlarda nəzərdə tutulan güzəştlərdən və imtiyazlardan istifadə etmək hüququna malikdirlər:

- Mütəxəssislərin əmək müqaviləsi bağladıqları işəgötürən işğaldan azad edilən ərazilərdə vergi uçotunda olduqda;

- Mütəxəssislərin əmək müqaviləsi üzrə iş yeri işğaldan azad edilən ərazilərdə yerləşdikdə;

- Mütəxəssislər işğaldan azad edilən ərazilərdə məskunlaşdıqda.

Dəyişiklik layihəsi qəbul olunacağı təqdirdə 2023-cü ilin yanvarın 1-dən qüvvəyə minəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR