İnsanlara hürriyət, millətlərə istiqlal!

Yanğına cavab: Polşa Rusiya konsulluğunu bağlayır

Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiyanın Krakovdakı baş konsulluğunun bağlandığını açıqlayıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, qərar Varşavanın 2024-cü ilin mayında “Marywilska” ticarət mərkəzinə hücumda iştirak etdiyinə inandığı Rusiya kəşfiyyat xidmətlərinə qarşı ittihamlarla bağlıdır.
Sikorskinin sözlərinə görə, Polşa tərəfində ölkə ərazisində “təxribat aktı”nın həyata keçirildiyinə dair sübutlar var. Ticarət mərkəzində baş verən yanğın 1400-ə yaxın ticarət və xidmət obyektini məhv edib. Hadisə dəymiş ziyana görə son illərin ən böyük hadisələrdən biri olub.

Bundan əvvəl Polşanın baş naziri Donald Tusk bildirib ki, şübhəlilərdən bəziləri artıq saxlanılıb, qalanları isə axtarışa verilib.

Polşa hakimiyyəti əməliyyatın təşkilatçısının Rusiyada gizləndiyini iddia edir. Moskva rəsmiləri hələ ki, iddialara münasibət bildirməyib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 May 2025

BÜTÜN XƏBƏRLƏR