İnsanlara hürriyət, millətlərə istiqlal!

"Yandex"in həmtəsisçisi öz əslini dandı

Rusiyanın ən böyük İT şirkəti "Yandex"in həmtəsisçisi Arkadi Voloj şəxsi saytında dərc etdiyi tərcümeyi-halında özünü "Qazaxıstanda doğulmuş israilli sahibkar" adlandırıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, uzun müddət Rusiyada yaşayıb bizneslə məşğul olduğunu qeyd etməyib.

"Arkadi Voloj Qazaxıstanda doğulmuş israilli texnoloji sahibkar, kompüter alimi, investor və xeyriyyəçidir. 2015-ci ildən bəri Voloj İsraildə yaşayır, əsas diqqətini yeni texnologiyaların inkişafı və öyrənilməsinə yönəldir", - deyə rəsmi saytda onun haqqında belə yazılıb.

Voloj Qazaxıstan SSR-in Quryev şəhərində (indiki Atırau, Qazaxıstan) anadan olub. 1980-ci illərdən Moskvada yaşayan Arkadi Voloj 1997-ci ildə "Yandex"in həmtəsisçilərindən biri olub. 2010-cu illərin ortalarında o, Malta vətəndaşlığını da alaraq İsrailə köçüb.

İsrailli iş adamı 2017-ci ildə "Yandex"in 20 illiyi ilə əlaqədar Moskvada Vladimir Putinlə görüşüb. Voloj "Yandex"dəki bütün postlarını 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi ilə əlaqədar sanksiyalar siyahısına daxil olunduqdan sonra tərk edib. O, Ukraynadakı müharibə haqqında ictimaiyyətə açıqlama verməyib.

Arkadi Volojun saytındakı bioqrafiyada "Yandex" haqqında bu cür bəhs edilir:

"Voloj Avropanın ən böyük internet şirkətlərindən biri olan, NASDAQ-da qeydiyyatdan keçmiş "Yandex NV"nin həmtəsisçisi olub".

Rusiyanın Ukraynaya qarşı başlatdığı təcavüzkar savaşdan sonra "Yandex" restrukturizasiyaya məruz qalıb. Bu yaxınlarda ABŞ-ın sanksiyalar siyahısına daxil edilmiş Aleksey Kudrin "Yandex"in Rusiya biznesinin kuratoruna çevrilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR