İnsanlara hürriyət, millətlərə istiqlal!

Yanacaqdoldurma məntəqəsində partlayış, yanğın evləri bürüdü - 25 ölü, 66 yaralı - VİDEO

Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərindəki yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

Musavat.com xəbər verir ki, partlayış nəticəsində 12 nəfər ölüb, 56 insan yaralanıb. Hadisə yerinə iyirmidən çox yanğınsöndürmə texnikası və təcili yardım maşınları cəlb olunub. 

Yanğın yaxınlıqdakı evlərə də keçib. Hazırda yanğının sahəsi 500 kvadratmetrdir.

***

Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş vermiş partlayışda ölənlərin sayı artıb.

APA xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Hadisə nəticəsində 25 nəfər həlak olub.

Xəsarət alan 66 nəfərdən 10-un vəziyyəti ağır qiymətləndirilir.

Yanğın gecə saat 2 radələrində söndürülüb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR