İnsanlara hürriyət, millətlərə istiqlal!

"Yakudza" mafiyasının üzvü Ukraynada döyüşməyə gəlib

İyirmi ilə yaxındır Yaponiyadakı “yakudza” cinayət təşkilatının üzvü olan və on il həbsdə yatmış “Harusan” ləqəbli yapon bir ildir ki, Ukrayna ordusunun tərəfində döyüşür. 

Musavat.com xəbər verir ki, həmin şəxs əsl adını açıqlamaqdan imtina etsə də, “Azadlıq” radiosunun müxbirləri ilə söhbət edib.

Ukraynaya gələn “Harusan” snayper olub və hazırda Gürcüstan milli legionunda təlim keçərək cəbhə xəttinə qayıtmağa hazırlaşır. Onun sözlərinə görə, 16 yaşında mafiyaya girib və atası ilə birlikdə orada olub. “Harusan” cinayət təşkilatında rəisin sıravi mühafizəçisi kimi xidmət edib.

Yapon döyüşçü hesab edir ki, ölkəsinin gələcəyi Ukrayna münaqişəsindən asılıdır və bu, onun döyüşə niyə gəldiyini izah edir. O, həmçinin burada onun üçün “keçmiş günahların kəffarəsi” olduğuna inanır. Yaponiyalı snayper fiziki durumu imkan verdiyi müddətcə Ukraynada döyüşmək niyyətindədir. "Ancaq sonrasını heç düşünmürəm, bundan sonra nə olacağını təxmin etmək çətindir", - Harusan deyib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR