İnsanlara hürriyət, millətlərə istiqlal!

Yağıntılar ən çox bu sahəyə ziyan vurdu - Əhalini nə gözləyir?

“Hazırda may ayıdır. Artıq meyvələrin əksəriyyəti tozlanma, mayalanma fazasın keçib. Ağacların əksəriyyətində meyvəciklər var. Tək-tük ağaclar var ki, onlarda çiçəklənmə prosesi ləngiyir. Həmin meyvələrə yağış və qeyri-sabit hava şəraiti təsir göstərir. Yəni çiçəklərin mayalanma prosesi pozula və həmin ağaclarda məhsuldarlıq aşağı düşə bilər. Digər bir illik bitkilər var ki, onların da yerüstü hissəsi bir qədər zəif olur. Həmin bitkilərə bostanda yetişən məhsullar aiddir ki, bunlara da yağışın ziyanı yoxdur. Əksinə, bir qədər də yaxşı təsir göstərir”. 

Bu fikirləri “Yeni Sabah”a açıqlamasında iqtisadçı-ekspert Akif Nəsirli bildirib. Onun sözlərinə görə, pis hava şəraitinin ən çox təsir etdiyi bitkilərdən biri taxıldır: 

“Hazırda bu bitki şimal rayonlarında çiçəklənməyə başlayıb. Lakin ölkəmizdə taxıl ən çox cənub bölgələrində yetişdirilir. Şimalda çiçəklənmə prosesi başlasa da, miqdar olaraq burada taxıl azdır. Cənub rayonlarında isə taxıl çiçəklənmə fazanı keçib. Belə olan halda yağışın taxıla təsir göstərməsi mümkün deyil. Çünki yağışın çiçəklənməni pozub, mayalanmaya mane olması ərəfəsi deyil. Ancaq bu küləklə birgə olarsa, kökləri islanmış sünbüllər arpa, buğdanın gövdəsini əyərək, aşağı sala bilər ki, bu da məhsul itkisinə səbəb olar. Belə olan halda, məhsuldarlıq da azalar”. 

Ekspert qeyd edib ki, hazırda müşahidə olunan qeyri-sabit hava şəraiti kənd təsərrüfatına ciddi təsir göstərmir: 

“Ümumi olaraq nəzər salsaq, hazırda hava şəraitinin dəyişkən olması meyvə-tərəvəzin məhsuldarlığına elə də ciddi təsir göstərmir. Lakin elə məhsullar var ki, onlar üçün bu sözü demək doğru deyil. Bunlardan biri də pambıqdır. Bu məhsul yerdən təzə çıxıb və onun zəif dönəmidir. Vegetasiya dövrünün başlanğıcında pambıq cücərtilərinin kökləri zəif olur. Əgər rütubət uzun müddət davam edərsə, o zaman cücərtilərin köklərində çürümə gedir. Nəticədə cücərti sıradan çıxır. Əsas məsələ budur ki, bizdə hava şəraiti davamlı olaraq eyni qalmır. Bir neçə gün yağır və sonra yenidən gün çıxır. Beləliklə torpaq qızır, rütubət yoxa çıxır. Bununla da pambığın cücərməsi üçün şərait yaranır”. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR