İnsanlara hürriyət, millətlərə istiqlal!

Xüsusi karantin rejimi uzadılacaq?- Hazırkı epidemioloji durum və ekspert rəyləri

 

Bu il avqustun 23-də Azərbaycanda xüsusi karantin rejiminin müddəti növbəti dəfə uzadıldı. Qərara əsasən növbəti uzadılmanın vaxtı bu ilin 1 noyabr tarixində başa çatır.

Bəs yenidən xüsusi karantin rejiminin müddəti uzadılacaqmı?

Əvvəlcə onu qeyd edək ki, ötən müddət ərzində Azərbaycanda demək olar ki, xüsusi karantin rejiminin bütün ağır şərtləri aradan qaldırılıb. İnsanların qapalı məkanlarda maskadan və dezinfeksiyaedici məhluldan istifadəsi də onların öz istəklərinə buraxılıb. Yalnız quru sərhədləri bağlıdır ki, bununla bağlı durum da bir çox ölkələrdə eynidir.

Quru sərhədləri niyə hələ də açılmır? » "Dünya" informasiya agentliyi

Ekspertlər bildirirlər ki, quru sərhədlərinin açılması ilə bağlı qərar təkcə ölkədəki epidemioloji vəziyyətlə bağlı deyil. Quru sərhədlərinin açılması ilə bağlı qərar verilərkən sadəcə Azərbaycanda yox, eyni zamanda bizimlə sərhəddə yerləşən ölkələrdəki epidemioloji vəziyyət də nəzərə alınır.

Qonşu ölkələrdə isə koronavirusla bağlı durum stabil deyil. Yəni demək olmaz ki, artıq filan ölkədə koronavirus yoxdur, bitib. Bu baxımdan ekspertlər hesab edirlər ki, xüsusilə də hava-damcı yolu ilə keçən bu kimi xəstəliklərin geniş yayıldığı payız aylarında xüsusi karantin rejiminin birdəfəlik aradan qaldırılması doğru olmaz. Bu, indiki sabit vəziyyəti gərginləşdirər, yoluxma sayını artıra bilər.

Azərbaycanda son sutkada 10 nəfər koronavirusa yoluxub

Biz bu yazını hazırlayan zaman dünyada koronavirusa yoluxanların ümumi sayı 634,334,888 nəfər, bu virusdan ölən isə 6,588,291 nəfərdir. Ötən gün qonşumuz Rusiyada 7,518 koronavirusa yoluxub. Gürcüstanda yoluxma olmayıb, İranda 170 nəfər yoluxub, Türkiyədə isə yoluxma olmayıb.

Lakin ekspertlər hesab edirlər ki, bu rəqəmlər də real deyil. Çünki hazırda koronavirusun əsasən “Omikron” ştamı yayılır.  Bu virusa yoluxanların əksəriyyəti isə xəstəliyi yüngül keçirdikləri üçün test verməyib, qeydiyyata düşmürlər. Nəticədə ümumi statistikadada say qeydə alınmır…

Dünyada koronavirusa yoluxma hallarının sayı 300 milyonu ötüb » Missiya.az  - Xəbər portalı

Bununla belə dünyada rəsmi statistikaya görə oktyabrın 17-dən 23-dək olan həftə ərzində 2,6 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 8 mindən çox insan dünyasını dəyişib. Əvvəlki 7 günlə müqayisədə yoluxanların sayı 15%, ölənlərin sayı isə 13% azalıb.

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 41 yeni yoluxma faktı qeydə alınıb, 63 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxmış 1 nəfər ölüb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın Məlumatı - AZƏRTAC

İndiyədək ölkədə ümumilikdə 823 064 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 806 nəfər müalicə olunaraq sağalıb, hazırda 317 aktiv xəstə var. Bu günə qədər 9 941 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 014, bu günə qədər isə ümumilikdə 7 311 644 test icra olunub.

Onu da bildirək ki, dünyada koronavirusa qarşı vaksinasiya prosesi hələ də davam edir. Hətta Çin vaksinasiyanın yeni metodunu tapıb və bundan kütləvi şəkildə istifadə edənlər var.

“Anadolu” agentliyi yazıb ki, Çinin “CanSinoBiotech” şirkəti tərəfindən hazırlanan dünyanın ilk "inhalyasiya edilə bilən" Covid-19 peyvəndi Şanxay şəhərində iki doza təsirini itirmiş peyvəndi olan insanlara tətbiq edilir.

Peyvənd

Peyvəndi istifadə edən şəxslər bildirirlər ki, onlar peyvəndlənən zaman şirin süd dadı hiss ediblər.

"ConvideciaAir" adlanan peyvənd Covid-19 peyvəndləri arasında ilk dəri altına inyeksiya edilməyən peyvənddir.  "ConvideciaAir" adlanan peyvənd, Covid-19 peyvəndləri arasında injektorla vurulmayan ilk nümunə idi.
Soyuducu da saxlanılmalı olan inyeksiya mayesindən fərqli olaraq, inhalyasiya edilə bilən vaksinin mayesi kimyəvi bütövlüyünü qoruyaraq 2-8 selsi dərəcə arasında saxlanıla bilər. 

COVID-19 xəstəliyinə qarşı vaksinlər barədə nəyi bilməlisiniz? | UNICEF  Azərbaycan

Göründüyü kimi dünyada hələ də koronavirusa qarşı peyvəndlər düşünülür, hazırlanır. Bu baxımdan da təhlükə xeyli dərəcədə azalsa da, risk qalmaqdadır. Pandemiya hələ bitməyib və ekspertlərə görə ehtiyatsızlıq, qaydalara əməl edilməməsi nəticəsində yayıla da bilər.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST 2020-ci il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusun yayılmasını pandemiya elan edib.

Əli Rais,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR