Onlayn ictimai-siyasi qəzet
Sabiq nazir: “İsrailin əsas hədəfi İranda molla rejiminin devrilməsinə nail olmaqdır”
“Yaxın həftələrdə Yaxın Şərqdə münaqişənin daha da regional gərginləşməsi riski var”.
Bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns deyib.
“İsrail və İran liderləri genişmiqyaslı müharibəyə can atmasalar da, eskalasiya riski yüksəkdir. Biz ciddi nəticələrə səbəb ola biləcək qəsdən toqquşmaların və anlaşılmazlıqların potensialını görürük”, - Börns bildirib.
Onun sözlərinə görə, İsrailin İranın raket hücumuna necə cavab verəcəyi ilə bağlı qərarı qlobal bazarlar da daxil olmaqla, mühüm nəticələrə səbəb olacaq.
Bu arada yəhudi dövlətinin müdafiə naziri Yoav Qalant deyib ki, İsrail özünə qarsı raket hücumuna cavab olaraq İrana zərbə endirmək planlarından əl çəkməyib. “İranın hücumu aqressiv, lakin qeyri-dəqiq idi. Bizim hücumumuz isə əksinə, ölümcül, son dərəcə dəqiq və ən əsası gözlənilməz olacaq. Onlar (iranlılar - red.) nə baş verdiyini və necə baş verdiyini başa düşməyəcəklər. Sadəcə nəticələri görəcəklər”, - nazir İsrail ordusunun kəşfiyyat bölmələrindən birinin iclasında deyib.
Son açıqlama Börnsün xəbərdarlığının əsaslı olması ehtimalını artırır. Bəs amerikalı baş kəşfiyyat şefinin “yaxın həftələr” deyərkən, yəni bölgədə durum ABŞ-dakı 5 noyabr prezident seçkisindən sonramı kritik hal ala bilər?
İranın raket hücumuna cavab vermək üçün İsrailin ABŞ-dakı prezident seçkilərini gözləyəcəyi inandırıcı deyil. Çünki İsrail İranı əsaslı şəkildə vurmaqda tam qərarlıdır və o, bu vəziyyətin yetişməsi üçün uzun illər idi ki, çalışırdı. Son bir ildə İranın Yaxın Şərqdəki proksilərini məhv etmək üçün hərbi əməliyyatlar keçirən və bu zaman müəyyən itkilərə məruz qalan İsrailin bu məsələdə son nöqtə qoyacağı labüddür. Son nöqtə isə İranın neft mədənlərini, neft emalı müəssisələrini, neft anbarlarını və eyni zamanda nüvə silahı hazırlanan obyektlərini vurmaqla qoyulacaq. İsrail onu on illər boyu məhv etməklə təhdid edən İranı sadəcə vurmayacaq. İsrailin əsas hədəfi İranda molla rejiminin devrilməsinə nail olmaqdır. Bunun üçün İsrail bütün imkanlarını və hətta molla rejiminə qarşı olan İran müxalifətini bir araya gətirməklə məsələyə son vermək istəyir. İsrailin baş naziri Benyamin Netanyahunun bu günlərdə İran xalqına müraciətində farslarla yəhudilərin tarixdə sülh, dostluq və əmin-amanlıq şəraitində yaşadıqlarını xatırlatması təsadüfi deyil. O, İran xalqına demək istəyib ki, bizi bir yerdə normal yaşamağa qoymayan İran molla rejimidir, gəlin birlikdə bu rejimdən qurtulaq.
ABŞ İsrailə İrana qarşı hərbi əməliyyatlar keçirərkən bəzi obyektlərin vurulması zamanı bir qədər ehtiyatlı davranmağı “tövsiyə” etsə də, əslində Yaxın Şərqdə İranın terrorçu fəaliyyətinə son verilməsini istəyir və bunun üçün də İranın İsrail tərəfindən vurulmasını hərtərəfli dəstəkləyir.
Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov İsrailin əsas hədəfinin molla rejimini devirmək olduğunu düşünür: “İranın raket hücumuna cavab vermək üçün İsrailin ABŞ-dakı prezident seçkilərini gözləyəcəyi inandırıcı deyil. Çünki İsrail İranı əsaslı şəkildə vurmaqda tam qərarlıdır və o, bu vəziyyətin yetişməsi üçün uzun illər idi ki, çalışırdı. Son bir ildə İranın Yaxın Şərqdəki proksilərini məhv etmək üçün hərbi əməliyyatlar keçirən və bu zaman müəyyən itkilərə məruz qalan İsrailin bu məsələdə son nöqtə qoyacağı labüddür. Son nöqtə isə İranın neft mədənlərini, neft emalı müəssisələrini, neft anbarlarını və eyni zamanda nüvə silahı hazırlanan obyektlərini vurmaqla qoyulacaq. İsrail onu on illər boyu məhv etməklə təhdid edən İranı sadəcə vurmayacaq. İsrailin əsas hədəfi İranda molla rejiminin devrilməsinə nail olmaqdır. Bunun üçün İsrail bütün imkanlarını və hətta molla rejiminə qarşı olan İran müxalifətini bir araya gətirməklə məsələyə son vermək istəyir. İsrailin baş naziri Benyamin Netanyahunun bu günlərdə İran xalqına müraciətində farslarla yəhudilərin tarixdə sülh, dostluq və əmin-amanlıq şəraitində yaşadıqlarını xatırlatması təsadüfi deyil. O, İran xalqına demək istəyib ki, bizi bir yerdə normal yaşamağa qoymayan İran molla rejimidir, gəlin birlikdə bu rejimdən qurtulaq.
ABŞ İsrailə İrana qarşı hərbi əməliyyatlar keçirərkən bəzi obyektlərin vurulması zamanı bir qədər ehtiyatlı davranmağı “tövsiyə” etsə də əslində Yaxın Şərqdə İranın terrorçu fəaliyyətinə son verilməsini istəyir və bunun üçün də İranın İsrail tərəfindən vurulmasını hərtərəfli dəstəkləyir.
İsrailin İranın raket hücumlarına cavabının gecikməsinin yeganə səbəbi isə İsrail hərbi qüvvələrinin bu hücuma əsaslı şəkildə hazırlaşması ilə bağlıdır. İsrail İran məsələsini həll etmək və bölgəni İranın gələcək terror və nüvə təhdidlərindən qurtarmaq üçün bu fürsəti əlindən qaçırmayacaq...".
Elçin Mirzəbəyli
Deputat Elçin Mirzəbəyli Uilyam Börnsün açıqlamalarını real mənzərə kimi təqdim etməyin əleyhinədir: “Yaxın Şərqdə münaqişənin eskalasiyası artıq baş verib və prosesin genişmiqyaslı, bir neçə ölkənin iştirak etdiyi müharibəyə çevrilməməsinin əsas səbəbi, bir sıra region ölkələrinin daha təmkinli davranmaları, həmçinin İsrailin hazırki hədəflərinin daha çox SEPAH-a aid olan şəxs və təsisatlar olmasıdır. Belə təəssürat yaranır ki, İsrail İran Silahlı Qüvvələri ilə deyil, SEPAH və digər bu kimi leqal orduya alternativ hərbi birləşmələrlə və proksi təsisatlarla mübarizə aparır.
Digər tərəfdən, İranın proksilərinin hədəfində olan və bundan narahatlıq keçirən təkcə İsrail deyil, həm də körfəz ölkələri və bütöv ərəb dünyasıdır. Hizbullah və bu kimi qeyri-legitim, dövlətə tabe olmayan hərbi qruplaşmalar İranın, daha dəqiq desək SEPAH-ın və İranın mövcud dini-siyasi-ideoloji alt sisteminin Yaxın Şərqdən keçən istehkamlarıdır. Bu istehkamların dağıdılması İranın müdafiəsiz qalması deməkdir. Qənaətimə görə, İranın siyasi elitasında SEPAH-dan xilas olmaq istəyən yüksək ranqlı şəxslərin sayı da az deyil. Çünki bu kimi alternativ təsisatlar ənənəvi dövlət strukturlarının fəaliyyətinə də ciddi təsir göstərir və bir çox hallarda onları iflic halına salır. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börnsin açıqlamalarını real mənzərə kimi təqdim etmək doğru olmazdı. Çox güman ki, bu kimi açıqlamalar beynəlxalq ictimai rəyin yönləndirilməsinə xidmət edir. Börnsin mülahizələri daha çox siyasi gediş, qismən də təbliğat xarakterlidir. Kəşfiyyat rəhbərindən vəziyyətin obyektiv şərhini gözləmək də doğru olmazdı.
Zənnimcə, İsrail İranın proksilərini, həm də digər istiqamətlərdə, o cümlədən Suriya və İraqda sıradan çıxarmaqla bağlı hücumlarını davam etdirəcək. İran daxilinə havadan müdaxilə olacaqsa, bu yenə SEPAH-ın və İran vətəndaşlarının, həmçinin siyasi elitanın narazı olduğu təsisat və şəxslərə qarşı həyata keçiriləcək".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ