İnsanlara hürriyət, millətlərə istiqlal!

Polşada iki rusiyalı casusluqda ittiham olunur

Polşa prokurorları iki rusiyalını – İqor R. və onun həyat yoldaşı İrina R.-ni Rusiya kəşfiyyat xidmətlərində işləməkdə ittiham edib.

Musavat.com “Röyter” agentliyinə istinadla xəbər verir ki, bu barədə prokurorluğun bəyanatında bildirilir. İttiham aktı Polşanın Sosnovets rayon məhkəməsinə göndərilib.

Prokurorluğun məlumatına görə, ruslar Polşada yaşayan “rus müxalifəti”nin üzvləri barədə kəşfiyyat orqanlarına məlumat veriblər.

Prokurorluq həmçinin hesab edir ki, İqor R. partlayıcı maddələr və detonatorlar olan bağlamanın göndərilməsi planlarında iştirak etmiş ola bilər.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2025

13 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR