İnsanlara hürriyət, millətlərə istiqlal!

Samvel Babayan Fransadan alınan “Caesar” haubitsalarını tənqid etdi

Keçmiş qondarma rejimin dırnaqarası generalı Samvel Babayan Ermənistanın Fransadan “Caesar 6×6” özüyeriyən haubitsalarını alması qərarını tənqid edib.

Musavat.com xəbər verir ki, Babayan bu artilleriya sisteminin texniki və taktiki göstəricilərinə görə bazarda mövcud olan digər modellərdən geri qaldığını bildirib.

O, xüsusilə İsveç istehsalı “Archer” və Serbiya istehsalı “Nora B-52” sistemlərinin daha məqsədəuyğun olduğunu vurğulayıb. Babayanın sözlərinə görə, həmin sistemlər avtomatik doldurucuya malikdir, daha az heyət tələb edir və daha yüksək bucaqla atəş aça bilir. Məsələn, “Archer” üçün bu bucaq +70°, “Caesar 6×6” üçün isə +66°-dir.

Eyni zamanda o qeyd edib ki, “Caesar” daha yüngül və etibarlı sistemdir, döyüş şəraitində sınaqdan çıxıb və dağlıq ərazilər üçün daha praktik sayılır. Ermənistanın Hindistandan aldığı “MArG 155/39” haubitsalarının isə +72° atəş bucağı ilə bu fərqi qismən kompensasiya etdiyi bildirilir.

Ekspertlər hesab edirlər ki, Babayanın təklif etdiyi alternativlər siyasi və logistik səbəblərə görə reallaşması çətin variantlardır. “Archer” haubitsalarının ixracı məhdudlaşdırılıb, “Nora B-52” sistemlərinin isə Bakı–Belqrad münasibətləri fonunda Ermənistana satılması ehtimalı azdır.


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR