İnsanlara hürriyət, millətlərə istiqlal!

"Xozeyn" ləqəbli tiktoker HƏBS EDİLDİ

Polisin sosial şəbəkələrdə əxlaqsızlığın təbliğinə qarşı keçirdiyi əməliyyatla saxlanılan "Xozeyn" ləqəbli tiktoker Vüqar Kərimov da həbs edilib.

Lent.az-ın əldə etdiyi məlumata görə, Nərimanov rayon Məhkəməsində keçirilən prosesdə tiktoker "Xozeyn" Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə təqsirli bilinərək barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, “TikTok” əməliyyatının istintaqı Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyun 2025

09 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR