İnsanlara hürriyət, millətlərə istiqlal!

Xorvatiyada naməlum şəxs ətrafdakılara atəş açıb, ölən və yaralananlar var

Xorvatiyanın mərkəzi hissəsindəki Sisak şəhərində naməlum şəxs küçədə atəş açıb, ölən və xəsarət alanlar var.

Bu barədə Xorvatiya milli telekanalı məlumat yayıb.

“Sisak Kanak ərazisində bir nəfər “Kalaşnikov” avtomatından atəş açıb. Əraziyə çoxlu sayda polis qüvvələri cəlb olunub. Qeyri-rəsmi məlumatlara görə, zərərçəkənlər var, ərazi əhatəyə alınıb”, - məlumatda deyilir.

Yerli “İndex.hr” portalı isə hadisə zamanı 1 nəfərin həlak olduğunu, 8 nəfərin yaralandığını xəbər verib. Qeyd edilir ki, hadisəni törədən şəxs ərazidən uzaqlaşıb.

Faktla bağlı cinayət işi başlanıb.\\“Report” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR