İnsanlara hürriyət, millətlərə istiqlal!

Xomeyninin nəvəsi jurnalisti döydürdü

ILNA xəbər agentliyinin müxbiri Höccətül-islam Seyid Həsən Xomeyninin (İran İslam İnqilabının qurucusu, ayətullah Xomeyninin nəvəsi) mühafizəçiləri tərəfindən döyülüb.

Musavat.com “Mouze“ teleqram kanalına istinadən xəbər verir ki, hadisə İnformasiya İnstitutunun və qəzetin direktoru Doainin vəfatının ildönümü mərasimində baş verib.

Məlumata görə, Həsən Xomeyninin mühafizəçiləri ILNA-nın müxbirini döyərək jurnalist vəzifəsini yerinə yetirməsinə mane olublar.

Müxbir İranın keçmiş Prezidenti Məhəmməd Xatəmi ilə Həsən Xomeyninin birlikdə şəkillərinin çəkmək istəyərkən H. Xomeyninin iki mühafizəçisi onun içəri girməsinə mane olub.

Mühafizəçilər onun mobil telefonunu alıb və şəxsi mesajlarını yoxlayıblar. Müxbirin yumruq və təpiklə döyüldüyü, dəfələrlə təhqir edildiyi bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR