Onlayn ictimai-siyasi qəzet
ABŞ İrandakı üç nüvə obyektinə endirilən zərbələrə cavab almalıdır. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu İslam Respublikasının Prezidenti Məsud Pezeşkian fransalı həmkarı Emmanuel Makronla telefon danışığı zamanı deyib.
Pezeşkian Makronun təmkinli olmaq çağırışına cavab olaraq, "ABŞ bizə hücum etdi. Bənzər bir vəziyyətdə olsaydınız nə edərdiniz? Təbii ki, cavab almalıdırlar" dedi.
İran prezidenti administrasiyasının yaydığı məlumata görə, Pezeşkian hədə-qorxuya boyun əyməyəcəklərini qeyd edib: “Xalqımız heç vaxt güc və hədə-qorxuya boyun əyməyəcək və təbii ki, təcavüzə də buna uyğun cavab verəcək”. İran prezidentinin sözlərinə görə, Tehran həmişə danışıqlara hazır olduğunu bəyan edib, lakin “qarşı tərəf İran xalqının təslim olmasını tələb edib”.
Pezeşkian qeyd edib ki, Tehran İranın nüvə proqramı üzrə Vaşinqtonla danışıqları alqışlayır, lakin ABŞ ölkə ərazisindəki nüvə obyektlərinə hücum edib: “Diplomatiya tərəflər öz öhdəliklərinə əməl etdikdə işləyir, bir tərəf digərinə hücum edib etimadı məhv edəndə deyil”.
Musavat.com
23 Iyun 2025
22 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ