İnsanlara hürriyət, millətlərə istiqlal!

Xırdalanda məktəbli dünyasını dəyişib: “Xilas etmək mümkün olmadı”

Abşeron rayon Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin şagirdi dünyasını dəyişib.

Musavat.com Oxu.Az-a istinadən xəbər verir ki, məktəbin 4-cü sinif şagirdi Ruslan Elşən oğlu Kərimov uzunsürən ağır xəstəlikdən sonra vəfat edib.

Şagirdin yaxınlarının verdikləri məlumata görə, Ruslanın xəstəliyinin müalicəsi mümkün olmayıb:
“Ruslan çox yaxşı oxuyurdu, əlaçı idi. Fəal şagirdlərdən idi. Noyabr ayında beynində şiş aşkarlandı. Hətta xarici ölkədəki həkimlərə də müraciət etdilər. Ancaq xilas etmək mümkün olmadı, rəhmətə getdi”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR