İnsanlara hürriyət, millətlərə istiqlal!

Xırdalanda attraksiondan yıxılan 36 yaşlı qadınınölümünün ƏSL SƏBƏBİ nədir? - VİDEO

Bir neçə gün əvvəl Xırdalanda qadının attraksiondan yıxılaraq dünyasını dəyişməsi bu cür qurğulara nəzarət və təhlükəsizlik məsələlərini gündəmə gətirib.

Belə ki, övladları ilə birlikdə delfin şəkilli karuselə minən 36 yaşlı Minayə Nuriyevanın karuselin 2-ci qoşqusundan yıxıldığı bildirilir.

Bəs, 5 dəqiqəlik əyləncəni ölümə çevirən maşına necə nəzarət olunur?

Bu cür hadisələrin baş verməməsi üçün öncədən qabaqlayıcı tədbirlər görülürmü?

Attraksiona baxarkən vəziyyətin heç də ürəkaçan olmadığı qənaətinə gəlmək olar. Ancaq qurğunun nəzarətçisi Tural Yusifov hadisə zamanı təhlükəsizliklə bağlı bütün tədbirlərin görüldüyünü deyir.

Hadisə şahidləri və parka gələnlərin isə hadisə və attraksionlara nəzarətlə bağlı fikirləri müxtəlifdir.

Zərərçəkmiş tərəfin də fikirlərini öyrənmək üçün Minayə Nuriyeavnın Xırdalan şəhər Səttar Bəhlulzadə küçəsində yerləşən evinə yollandıq. Qonşular bildirdilər ki, dəfn mərasimi ilə bağlı ailə hazırda rayonlardan birindədir.

Baş Prokurorluqdan isə “Xəbər Ertəsi”nə bildirilib ki, hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR